Prokurorluq orqanları modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşayönümlü, onları məmnun edən kompleks tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır.
Baş Prokurorluğun mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, #maariflənək həştəqi altında hazırlanmış videoda “Prokuror təsir aktı olan xəbərdarlıq elan edilib” kimi cümlələrlə bağlı izah verilib.
Qeyd edilib ki, bəzən Baş Prokurorluq tərəfindən yayılan məlumatlarda “prokuror təsir aktı olan xəbərdarlıq elan edilib” kimi cümlələrə rast gəlinir. Xalq arasında xəbərdarlıq dedikdə qəbahət işləmiş şəxsə növbəti qəbahətinin daha ağır nəticələrə səbəb olacağını qabaqcadan demək, bildirmək, çatdırmaq başa düşülür. Prokuror təsir aktlarının növlərindən biri olan xəbərdarlıq isə qanun pozuntularından çəkindirmək məqsədilə edilir və prokuror və ya onun müavini tərəfindən vətəndaşa və ya vəzifəli şəxsə rəsmi elan edilir.
Bu tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə Baş Prokurorluğun mətbuat xidməti vətəndaşları narahat edən məsələlərlə bağlı maarifləndirici videoçarxların və slaydların hazırlanaraq #maariflənək həştəqi altında ictimaiyyətə təqdim olunmasını davam etdirir.