Ermənistanın keçmiş baş naziri Aram Sarkisyan ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmasını təklif edib.
Onun sözlərinə görə, KTMT Ermənistanın təhlükəsizliyi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir və təşkillata üzvlük İrəvanın Qərbdən, xüsusən də ABŞ və Fransadan hərbi yardım almasına mane olur.
Sabiq baş nazir bəyan edib ki, əgər İrəvan KTMT-dən çıxarsa bu, qərbdən 300-400 milyon dollarlıq hərbi yardım almağa imkan verəcək.
Bu açıqlaması ilə sabiq nazirin qərbə və Rusiyaya - KTMT-yə mesajının arxasında isə əsl niyyəti görünür: birinə Ermənistanın qərbə üz tuta biləcəyi barədə xəbərdarlıq edir- istəklərini diqtə etmək istəyir, digərinə isə qucaq açmağa hazır olduqlarını – təki yardım alsınlar...
Xatırladaq ki, Aram Sarkisyan Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın tərəfdarıdır.
Y.MƏMMƏDLİ