Yaxın bir həftə ərzində Zəngilan rayonunun Ağalı kəndinə 25 ailə köçürüləcək...

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev  belə deyib. Komitədən "Təzadlar"a verilən məlumata görə, Ağalı kəndində 200 evdən ibarət kənd salınıb. Sitat:  "41 ailə artıq orada öz həyatını davam etdirir. Yaxın bir həftə ərzində 25 ailəni "Ağıllı kənd"ə köçürməyi nəzərdə tuturuq. Bundan sonra da Dövlət Komitəsinin qarşısında qoyulan bütün tapşırıqları yerinə yetirməyə hazırıq. Ümumilikdə 200 ailənin ora köçürülməsini mərhələ-mərhələ həyata keçirəcəyik".

Bəli, işğalçı ermənilər bütün müqavimətlərə baxmayaraq Qarabağdan rədd olub getməkdədir və Azərbaycanın məcburi köçkünləri öz doğma yurdlarına qayıdır... Qalır 1988-ci ildə Qərbi Azərbaycandakı yurdlarından qovulmuş qaçqınlarımızın geri qayıtması... Bu da tezliklə reallaşar inşəllah...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN