Rusiya Prezidenti Vladimir Putin Vladivostokda VII Şərqi İqtisadi Forumunda Ermənistanın Baş naziri Nikol Paşinyanın sualına cavab verib.

  TASS-ın məlumatına görə, ilk öncə forumun plenar iclasının moderatoru İlya Doronov Ermənistanın Rusiyadan “əmək miqrantlarının axını” ilə üzləşdiyini qeyd edərək Nikol Paşinyandan rusiyalıların yerli cəmiyyətə necə uyğunlaşdığını və onların hansı rol oynadığını soruşub.

Ona cavab olaraq Vladimir Putin deyib: “Üzrlü say, Nikol. O cavab verənədək demək istəyirəm ki, Rusiyaya daha da çox erməni gəlib, 2 milyondan çox. Biz Rusiya biznesinə fayda verən hər addımı alqışlayırıq. Siz İrəvanda işləyib, Moskvada yaşaya bilərsiniz. Buna heç nə mane olmur. Rusiyadan gedənlərin çoxu artıq geri qayıdıblar, başa düşüblər ki, burada dəhşətli heç nə baş vermir. Kimsə Ermənistanda işləməyi sevirsə, buyursun”. Rusiya Prezidenti əlavə edib ki, rusiyalıların bəziləri işləmək üçün İrəvanı yox, Bakını seçirlər: “Eləcə də Qazaxıstanda çox yaxşı maliyyə zonası yaradılıb”.

24 news.ge

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN