Bakıda həyat yoldaşı saxlanılan qadın etiraz aksiyası keçirib.

Bu barədə şikayətçi Nərgiz Rüstəmova özü məlumat verib. Belə ki, 2 uşaq anası Nərgiz Rüstəmova Xətai rayon Polis İdarəsinin qarşısında təknəfərlik aksiya edib. Aksiyaya bəzi internet kanalları da gələrək, hadisəni işıqlandırıblar. Nərgiz Rüstəmova aksiya zamanı həyat yoldaşı Rüstəm Cavid Ruzbeh oğlunun qanunsuz saxlanıldığını dilə gətirib.

Onun sözlərinə görə, Xətai rayon Polis İdarəsinin  mülki geyimli əməkdaşları küçədə onu saxlayaraq şöbəyə gətiriblər. Rayon Polis İdarəsindən isə ona bildirilib ki, qanuna görə, hətta 48 sutka Cavidi saxlaya bilərlər.

Qanunsuz saxlanılan Cavid Rüstəmovun həyat yoldaşı N.Rüstəmova saytımıza müraciətində bildirib ki, onun əri Ruhiyyə Xəlilova və Araz adlı şəxs tərəfindən oğurlanıb. Belə ki, Rüstəmovlar ailəsi Ruhiyyə Xəlilovadan mənzil alıblar. Mənzilin pulu da tam ödənilib. Ancaq buna baxmayaraq, özünü mərhum kriminal avtoritet "Lotu Quli"nin bacısı oğlu kimi təqdim edən Araz Cavidi döyərək yenə pul tələb edir. Məlumata görə, Araz Ruhiyyənin idarə etdiyi 10-NP-800 dövlət qeydiyyat nişanlı “Gelandewagen” markalı avtomobillə gələrək, Cavid Rüstəmovu oğurlayıb döyüblər. O, və Ruhiyyə zərərçəkmişə bildirib ki, mənzil üçün ödənilən pul kriminal aləmə xərclənib. Buna görə də, yenidən pul verməlisən. Şikayətçinin sözlərinə əsasən, Araz və Ruhiyyə əlbir olaraq, cinayətkar qruplaşma yaradıblar. Kriminal aləmin adından istifadə edərək, Cavidi oğurlayıb döyüblər. Ona ağır kəllə-beyin travması yetiriblər. Bu barədə Xətai Estetik Klinikasının müvafiq sənədləri də var. Etiraz aksiyası zamanı rayon Polis İdarəsinin əməkdaşları yaxınlaşaraq, onu rəislə görüşə dəvət ediblər. Sonda Nərgiz Rüstəmova orada olan xanım jurnalistin müşayiəti ilə rəisin görüşünə gedib.

Zərərçəkmişin qardaşı Valid Rüstəmov məsələ ilə bağlı Xətai rayon Prokurorluğuna müraciət edib. O, müraciətində qardaşının 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanıldığını bildirib. Dərhal şikayət üzrə rayon prokurorluğunda iş nəzarətə götürüleb. Xətai rayon prokurorunun müavini və prokuror köməkçisi, digər əməkdaşlar araşdırma üçün 37-ci Polis Bölməsində olublar. Araşdırma nəticəsində Cavidin mülki geyimli polislər tərəfindən qeyri-qanuni saxlanıldığını, saxlanılarkən heç bir sənədləşmə və qeydiyyat işləri aparılmadığını müəyyən edib. Bütün bunlara görə, prokurorluq tərəfindəm Cavidin sərbəst buraxılması qərara alınıb.

Nərgiz Rüstəmovanın bu etirazından sonra isə prokurorun tələbi yerinə yetirilib və Cavid Rüstəmov azad edilib.

Cavid Ruzbeh oğlunun azad olunmasına görə, şikayətçimiz Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə öz minnətdarlığını bildirir. Onlar həmçinin Daxili İşlər Nazirliyindən kriminal qüvvələr adından istifadə edib cinayət törədən Ruhiyyə Xəlilova və onunla əlbir olan Arazın cəzalandırmasını tələb edirlər.

P.Ş. Maraqlıdır ki, faktla bağlı nə Baş Prokurorluğun, nə də Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri heç bir açıqlama verməyiblər. (ideologiya.az)

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN