Azərbaycan daha 5 ermənini Ermənistana təhvil verib...
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar isə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 31 avqust 2022-ci il tarixdə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdən sonra Azərbaycanın dünən beş erməni hərbçini qarşı tərəfə təhvil verməsini alqışlayıb. Toyvo Klaar bu barədə tviter hesabında yazıb? O, bunu əhəmiyyətli humanitar jest adlandırıb və təhvil-təslim prosesinin vasitəçilər olmadan baş tutmasını diqqətəlayiq sayıb.
Ermənistan ictimaiyyəti bir daha gördü kiş Azərbaycan nə qədər humanizm yolu tutur və 44 günlük müharibə zamanı əsir düşən erməniləri geri qaytarır. Azərbaycanın isə indiyədək minlərlə vətəndaşı 1-ci Qarabağ müharibəsi illərindən itkin düşmüş sayılır, sonradan kütləviə məzarlıqlar aşkar edilməkdədir.
A.Məmmədli