Türkiyədə alyansın 15 ölkəsinin hərbçilərinin iştirakı ilə NATO-nun dəniz təlimləri başlayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə "Milliyet" qəzeti məlumat yayıb.

Qəzetin bildirdiyinə görə, Aralıq və Egey dənizlərində Dynamic Mariner - Mavi Balina - Nusret - 2022 adlı irimiqyaslı təlimlər bir gün əvvəl başlayıb və sentyabrın 22-dək davam edəcək.

Təlimdə Türkiyə istehsalı olan "Sanjaktar" amfibiya hücum gəmisi və yüngül təyyarə gəmisi kimi konfiqurasiya edilə bilən "Anadolu" amfibiya hücum gəmisi də iştirak edəcək. Sonuncu Türkiyə Hərbi Dəniz Qüvvələrinin flaqmanı adlanır.

Nəşr qeyd edir ki, respublikada keçirilən təlimlər Ankara üçün əhəmiyyətlidir, çünki 2023-cü il yanvarın 1-dən NATO-nun Çevik Hücum Qüvvələrinin dəniz komponentinin komandanlığını Böyük Britaniyadan alacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN