Azərbaycan Respublikası ilə Ermənistan arasında gərginliyin artması və silahlı toqquşmalarla bağlı rəsmi Tehran narahatlığını ifadə edərək tərəfləri təmkinli olmağa və mübahisələrin sülh yolu ilə beynəlxalq hüquqa əsaslanaraq həllinə çağırır.

Bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani bu gün mətbuata verdiyi açıqlamada deyib. O bildirib ki, tərəflər bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşmalıdırlar.

Nasir Kənani nəzərə çatdırıb ki, İran Qafqaz regionunda sülhün və əmin-amanlığın davamlı xarakter daşımasını istəyir və bu istiqamətdə addımlar atmağa hazırdır.

Qeyd edək ki, bu gün Ermənistanın baş naziri Nikol Paşinyan İran Prezidenti İbrahim Rəisi ilə telefon əlaqəsi saxlayıb. Söhbət zamanı Kəlbəcər istiqamətində baş verən hadisələr müzakirə edilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN