Bu gün yenidən İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə mitinqə başlanılıb.

Polis binanın girişini mühasirəyə alıb.

Etiraz aksiyalarının təşkilatçılarından biri, Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri Edqar Qazaryanın sözlərinə görə, o, gecəni bir neçə könüllü ilə parlamentin girişində keçirib.

O, bu barədə RİA-ya danışıb:

“Səhər biz vətəndaşlarımızı ictimai təzyiq vasitəsilə deputatlarla görüşmək və onları Paşinyana qarşı impiçment prosesini başlatmağa dəvət etmək üçün bizə qoşulmağa çağırdıq”, - deyə müxalifətçi bildirib.

Xatırladaq ki, 44 günlük müharibə dövründə ordusunu Azərbaycan torpaqlarına təcavüz əməliyyatına  göndərən, Gəncəni, Tərtəri, Bərdəni... bombalamığı əmr edən Paşinyanın istefa tələbi İrəvana maşın-maşın əsgər tabutu gedərkən də edilirdi.

Üçtərəfli bəyannamənin şərtlərini yerinə yetirməyən, Azərbaycanla sülh və qonşuluq şəraitində yaşamaq istəməyən ölkə təcavüzkar və təxribat əməllərini davam etdirir, hər gün Azərbaycan ordusunun mövqelərini atəşə tutur.

Və belə olan halda, Ermənistan əhalisi də bilməlidir ki, qan axıdılmasının təsəbbüşkarı Ermənistan hakimiyyətidir. Buna görə onlar da oğullarını təcavüzkar Ermənistan ordusunda xidmət etməyə göndərməməlidirlər.

Ermənistanın təcavüzü nəticəsində şəhid olan əsgərlərimizin də, erməni əsgərlərinin ölümünün də günahkarı Ermənistan hakimiyyətidir.

Ermənistan ordusu təcavüzkarlığını davam etdirəcəyi müddətdə Azərbaycan Ordusu tərəfindən layiqli cavablarını alacaqlar.

Ermənilər qan axıdılmasını və əsgər ölümünü istəmirlərsə, hakimiyyəti təcavüzkarlıqdan əl çəkməyə, bəyannamələrin şərtlərini yerinə yetirməyə səsləməlidirlər.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN