Rusiya Ukraynadakı münaqişəyə tez bir zamanda son qoymaq istəyir.
TASS xəbər verir ki, bu fikri Türkiyə prezidenti Amerikanın PBS teleşirkətinə müsahibəsində deyib.
Onun fikrincə, Ukraynadakı münaqişənin nə vaxt bitəcəyi ilə bağlı suala Türkiyə lideri “ilk növbədə Rusiyanın mövqeyinin çox önəmli olduğunu” deyib. “Özbəkistanda mən [Rusiya Prezidenti Vladimir] Putinlə görüşdüm və onunla çox ətraflı danışıqlar apardıq”, - deyə Ərdoğan bildirib.
Onun sözlərinə görə, Rusiya lideri “bunu tez bir zamanda başa çatdırmağa çalışdığını nümayiş etdirdi”.
Ərdoğanın sözlərinə görə, “indi işlər kifayət qədər problemli gedir”. "Hesab edirəm ki, irəliyə doğru mühüm addım atılacaq", - Türkiyə prezidenti deyib.
Eyni zamanda o, “bu döyüşün sülhlə başa çatmasını təmin etməyə çalışdığını” vurğulayıb.
Qeyd edək ki, ötən cümə günü Rusiya və Türkiyə prezidentləri Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən sammiti çərçivəsində danışıqlar aparıblar. Görüşdən sonra Rusiya dövlətinin başçısı Ərdoğanın ona Ukrayna lideri Vladimir Zelenski ilə danışıqları təşkil etməyi təklif etmədiyini qeyd edib və həmçinin vurğulayıb ki, Türkiyə prezidenti vəziyyətin normallaşmasına, o cümlədən ərzaq probleminin həllinə mühüm töhfə verir.
Xatırladaq ki, fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Donbass respublikalarının rəhbərlərinin yardım xahişinə cavab olaraq Ukraynada xüsusi hərbi əməliyyat elan edib. Bundan sonra ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiyaya qarşı irimiqyaslı sanksiyalar tətbiq ediblər. Bundan başqa, Qərb ölkələri Kiyevə milyardlarla dollar məbləğində silah tədarükünü gücləndirib.
E.ŞİRİNOV