1918-ci ildə Azərbaycan torpaqları hesabına öz dövlətlərini yaradanda Ermənistanın ərazisi 16 min kvadrat kilometr idi. Sonralar SSRİ (Sovet höküməti) tərəfindən onlara yeni torpaqlar verildi. Ərazilərinin sahəsi 28 min k.km-ə çatdırıldı.

İştah diş altında olduğundan onlar SSRİ nin (Sonradan Rusiya Fedarasiyasının) bir başa yardımı ilə Azərbaycanın şərti olaraq “Qağlıq Qarabağ” adlandırılan ərazisini də özəlləşdirdilər. Bu da bəs eləmədi . Təhlükəsizliyimizi təmin etmək üçün “Bufer Zona” yaratmalıyıq bəhanəsiylə “ Dağlıq Qarabağın ətrafında yerləşən Azərbaycanın diğər rayonlarını (Ağdam, Fizuli, Cəbrayıl, Zənğilan, Qubatlı, Kəlbəcər, Şuşa, Laçın) da işğal edərək 30 il müddətində əsarətdə saxlamağa müvəffəq oldular.

Bu 30 il ərzində işğal altında olan Azərbaycan ərazilərindən dəyəri milyardlarla dollar səviyyəsində hesablana biləcək təbii sərvətlərimizi daşıyıb apardılar.

Havadarları - rəsmi olaraq İRAN İSLAM RESPUBLKASI adlanan, mahiyyətcə isə əsl müsəlman və insanlıq düşmənı olan qonşu dövlətin siyasi dairələri və dələduzları ilə əlbir olub işğal altındakı ərazilərdə narkotika yetişdirib milyardlar qazandılar, milyonlarla insanı isə zəhərlədilər .

Bu 30 il ərzində Azərbaycanın sərvətlərini mənimsəyib həm kef etdilər, həm də hər yerdə azərbaycanlıları ələ salıb aşağıladılar .

Onların bu ədalətsiz, yaramaz hərəkətlərinə irad tutanda isə, Pozğun qadınlar kimi hay - həşir salıb, bütün dünyaya CAR çəkirdilər ki: “azərbaycanlılar vəhşidir, bizə rahat yaşamağa imkan vermirlər”.

Onların əsassız hay-küyünə başda Fransa, Rusiya, Amerika, İran olmaqla bu kimi ermənipərəst dövlətlər Azərbaycana qarşı hədələyici bəyanatlarla dəstək olurdular.

Lakin təbiətin - cəmiyyətin özəl qanunauyğun reallığı var. Tez-ğec təsir əks təsirə məruz qalmalı idi .

Belə də oldu .

2022-ci il sentyabrın 27-də 2-ci Qarabağ müharibəsi başladı .

Cəmi 44 ğün ərzində ermənilərin “dərsi” ən yüksək səviyyədə verildi.

Onlara havadarları tərəfindən hədiyyə edilmiş və dəyəri 4 - 5 milyard  dollar olan hərbi texnika məhv edildi. 30 il İşğal altında qalan rayonlarımız azadlığa qovuşdu.

İndi BİZİM haqqımız var ki, BMT-yə tələblərimizi təqdim edək. Yəni, bilsinlər:

  1. İşğaldan azad olunmuş ərazilərimizin, həmçinin Naxçıvanın ətrafında təhlükəsizliyimizi təmin etmək məqsədiylə 25 kilometrlik “BUFER ZONA” yaratmaq və öz qoşunlarımızı orada yerləşdirmək;
  2. Vətəndaşlığımızı qəbul etməyən bütün şəxsləri (erməniləri) ərazimizdən qovmaq, yəni, sadəcə “DEPARTASİYA” etmək;
  3. Bu şərtləri qəbul etməyən silahlı şəxsləri (erməniləri) məhv etmək;
  4. Vurulmuş zərərin dəyərinn Beynəlxalq Məhkəmələrin qərarı ilə Azərbaycana qaytarılmasını təmin etmək;
  5. Bu ədalətli TƏLƏBLƏRİMİZİN yerinə yetirilməsinə mane olarlarsa, Azərbaycan öz tarixi ərazilərini geri qaytarmaq hüqüqundan istifadə etməkdə israrlı olacaq.

İkinci Qarabağ müharibəsi iki ildir bitib . Ermənistan isə 10 noyabr 2022-ci ildə Azərbaycan, Ermənistan, Rusiya rəhbərləri tərəfindən imzalanmış müqavilənin şərtlərinin heç birinə əməl etmir.

Əksinə, 2022 ilim 12 sentyabr gecəsi Azərbaycanın Tovuz, Daşkəsən, Kəlbəcər, Laçın rayonları ərazisinə xaincısinə basqın edərək, onlarla hərbiçimizi qətlə yetirdilər. Yüzlərlə əsgərimizə xəsarət yetirildi .

Azərbaycan Ordusu əks hücumla düşmınin daha çox silahlısını məhv edərək, qisas almağa məcbur oldu.

Bu zaman ermənilər yenə dünyaya hay saldılar ki: “ay aman qoymayın, kömək edin, azərbaycanlılar bizi qırır”. Bu dəfə hadisənin mahiyyətini hamıdan yaxşı bilən Rusiya bilərəkdən susdu. Çünki: bu əməliyyatlarda özlərinin siyasi maraqları var idi. Hay-küyə dərhal reaksiya verən Fransa öz sədrlik səlahiyyətlırindən istifadə edərək BMT (Birləşmiş Millətlər Təşkilatı) TŞ (Təhlükəsizlik Şurası) nın iclasını təşkil edərək, Azərbaycana qarşı sanksiyalar qəbul olunmaslna cəhd etdi, lakin İngiltərənin veto qoyması Makronun planlarını alt-qst etdi. Bir neçə ölkədən (Hindistan, Fransa) başqa əksər üzvlər də sanksiya yox, hər iki ölkəni müharibəni dayandırmağa çağırdı. Nəticə etibarı ilə nə Fransa, nə də Ermınistan istəyinə çatmadı.

Bu hadisələrdən az sonra Özbəkistanın Səmərqənd şəhərində ŞANXAY ƏMƏKDAŞLIQ TƏŞKİLATININ (ŞƏT) 22-ci sammiti keçirildi. Bu beynəlxalq səviyyəli sammitdə Çin, Rusiya, Türküyə, Qazaxstan, Özbəkstan, Türkmənstan, Qırğızstan, Tacikstan, Hindistan, İran, Azərbaycan və s.) ölkələr iştirak etdi. Lakin Rusiyanın “strateji” müttəfiqi olan Ermənstan rəhbərliyi ğözə dəymədi, sammitdə iştirak etmədi. Düşünürəm ki, bunun özəl və xüsusi səbəbləri var idi:

  1. Ermənistan Azərbaycan ordusunun əks zərbəsibdən sonra “NOKAUTA” düşmüşdü və özünü itirmişdi;
  2. 12-14 sentyabr toqquşmasında böyük inam və ümüdlə gözlədikləri Rusiya onlara köməyə tələsmədi;
  3. Fransa BMT TŞ nın iclasını çağırmaqla heç nəyə nail ola bilməməsi, əslində onları çaşdırdı.

Ermənilərin bu çaşqın və pərişan vəziyyətindən ABŞ məharətlə istifadə etməyə girişdi. Belə ki, ABŞ Nümayəndələr Palatasının Spikeri xanım Nelsi Pelosi Ermənistana rəsmi səfərə göndərildi. Ermənilər də məktəb uşaqları kimi sevinərək, Hava Limanında  əvvəllər PUTİN in portreti asılmış və üzərində “Biz sızınlə əbədi dostuq” yazılmış plakatı həmin ifadələr qalmaqla Nelsi Pelosun portreti ilə əvəzlədilər. Xanım Nelsi Pelosi də maraqlı saxta “Erməni genosidi” Memerial Kompleksini ziyarət etdi. Və bu hərəkəti ilə sanki ermənilərin yanğısına SU səpdi.

Bədbəxt ermənilər də başa düşmədilər ki, ABŞ öz siyasi maraqlarını güdür.

YƏNİ:

  1. 2 aydan sonra ABŞ-da Nümayəndələr Palatasına seçkilər keçiriləcək. Demokratlar Partiyasınından olan xanım Nelsi də üzvü olduğu təşkilatına Koliforniya Ştatında yaşayan bir milyon erməninin səsini qazanmağı hədəfləyir;

2 . Bu jesti ilə ABŞ Ermənistanı Rusiyanın qucağından alıb, öz qucağında otuzdurmaq istəyir;

3 . Ermənistan kimi düşünən (Yunanstan, Tailant və s.) dövlətlərə hamıdan güclü olduğunu ğöstərir.

Əslində isə nə baş verir? ...

1 . Ermənistan siyasi dairələri olan-qalan ağlını da itirir.

  1. Sahibinin kim olduğunu seçməkdə (Rusiya, ABŞ, Fransa, İran) tərəddüd edir.
  2. Dövlət sərhədini dəqiqləşdirib, təsdiq etməyi və Azərbaycanla sülh müqaviləsi bağlamağı lənğidir .

Hadisələr belə davam etsə, Ermənistan nəinki “Dağlıq Qarabağı” hətta Rusların bir başa yardımı ilə qurduqları oyuncaq dövlətlərini də itirəcəklər .

Qəvami Sadıqbəyli,

jurnalist - politoloq

Xudaferin.eu  

Hazırladı və təqdi etdi:  Elçin Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN