Zaporojye vilayətinin hərbi-mülki administrasiyasının (HMA) rəhbəri Yevgeni Balitski regionda könüllülərdən ibarət batalyonların yaradılması haqqında fərman imzaladığını bildirib.

"Rayon sakinlərinin çoxsaylı müraciətləri əsasında mən Zaporojye vilayətində könüllülərdən ibarət batalyonların yaradılması haqqında sərəncam imzaladım", - deyə vilayət başçısı özünün Telegram kanalında yaydığı videomüraciətdə bildirib.

“Tezliklə könüllülərin işə qəbulu elan olunacaq”, - Balitski bildirib.

Onun sözlərinə görə, Zaporojye vilayətindən çoxlu mühacir artıq Rusiya Federasiyası Silahlı Qüvvələrində döyüşür.

Qeyd  edək ki, bundan əvvəl Xerson vilayət hərbi administrasiyasının rəhbəri Volodimir Saldo Ukraynada xüsusi hərbi əməliyyatda iştirak etmək üçün regionda könüllülərdən ibarət batalyonların yaradılmasının tərəfdarı olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN