Sentyabrın 23-nə keçən gecə Rusiya qoşunlarının Zaporojye və Zaporojye vilayətinin digər şəhərlərinə raket zərbələri endirib.

Zaporojye Regional Hərbi Administrasiyasının (RHA) rəhbəri Oleksandr Starux atışma barədə Telegram-da məlumat verib.

"Zaporojyedə mülki infrastruktur obyekti dağıdılıb, ətrafdakı evlərə və avtomobillərə ziyan dəyib. İndi üç qurban məlumdur, onlar yüngül xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Zaporojyedə daha bir obyekt məhv edilib. Həmçinin raketlərdən biri yaxınlığındakı tikinti sahəsinə düşüb. Heç kim xəsarət almayıb”.

Onun sözlərinə görə, hadisə yerində müvafiq xidmətlər işləyir.

UNİAN-ın daha əvvəl xəbər verdiyi kimi, təxminən gecə yarısı Zaporojye RHA-nın rəisi Starux bildirib ki, ruslar Zaporojyeyə 10-a yaxın mərmi atıblar. Daha sonra o əlavə edib ki, düşmən Zaporojyenin infrastruktur obyektlərini vurub.

Səhər məlum olub ki, gecə saatlarında Zaporojyaya endirilən zərbələr nəticəsində şəhərin mülki infrastrukturu zədələnib, 7 evdə şüşələr sınıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN