Kadırov Çeçenistanın niyə səfərbər olmayacağını izah etdi

Çeçenistan rəhbəri Ramzan Kadırov “xüsusi hərbi əməliyyat”ın keçirilməsi üzrə operativ qərargahla görüşündə respublikada səfərbərliyin aparılmayacağını bildirib.

“Kavkaz. Realii” xəbər verir ki, bu barədə Kadırovun “Qroznı” ÇDTRK-da çıxışı zamanı məlum olub.

Kadırov bunu Ukraynadakı müharibə zamanı respublikanın “planı artıqlaması ilə yerinə yetirməsi” ilə izah edib.

Kadırov vurğulayıb ki, müharibə zamanı döyüş əməliyyatlarında 20 min çeçen iştirak edib. Onun sözlərinə görə, Çeçenistan “başlanmış planı” 254% üstələyib. Söhbət hansı plandan gedir, kim tərəfindən və necə təsdiq olunduğu açıqlanmayıb.

Kadırovun sözlərinə görə, bir gün əvvəl Qroznıda müharibə əleyhinə aksiya keçirməyə cəhd edən 40-a yaxın qadının qohumları artıq səfərbər olunaraq Ukraynaya göndərilib. Kadırov mitinqə çıxmağa cəsarət edən hər kəsi “cəbhəyə” göndərəcəyini vəd edir.

Rusiyada səfərbərlik: əsaslar

Sentyabrın 21-də Putin Rusiyanın ehtiyat qoşunlarının səfərbər olunduğunu elan edib. Şoyqu 300 minə yaxın insanı səfərbər etməyi planlaşdırdıqlarını bildirib.

Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Roman Svitan bildirib ki, bir ay ərzində Rusiya Federasiyası maksimum 100 min nəfəri səfərbərliyə hazırlaya biləcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN