"2008-ci ildə Gürcüstana daxil olan 58-ci ordu ukraynalılar tərəfindən tamamilə məhv edilib və Rusiya rəhbərliyi onun buraxıldığını elan edib".

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, Ölkənin sabiq prezidenti Mixail  Saakaşvili sosial media hesabı vasitəsilə belə bir paylaşım edib. Onun sözlərinə görə, rus hərbi dəstələri Moskvadan geri çəkilmək əmri istəyir: “Hətta Xerson olmasa belə, rus qruplaşması praktiki olaraq parçalanıb və Moskvadan geri çəkilmək üçün əmr istəyir, lakin Putinin sona qədər dayanmamaq əmri var. Bu istər-istəməz minlərlə şəxsin, həmçinin texnikanın ələ keçirilməsinə və Rusiyanın Xarkovdan daha geniş miqyaslı məğlubiyyətinə gətirib çıxaracaq”, - deyə Saakaşvili qeyd edib.

Həqiqətən də dünyanın gözündə ən güclü hesab edilən ordu bu gün Ukraynada darmadağın edilməkdədir. Rusiya prezidenti Vladimir Putin isə bu günlərdə səfərbərlik elan etdi. Müharibəyə getmək istəməyənlərin isə sayı durmadabn artır, ölkədən qaçırlar. Orduda isə döyüşmək istəməyənlərin də sayı artır. Bunun qarşısını almaq üçün fərakiliyə görə cinayət maddəsi sərtləşdirilib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN