Sentyabrın 25-də səhər saatlarında Ukraynanın Odessa şəhəri dron-kamikadzelərin növbəti hücumuna məruz qalıb.
Bu barədə “Cənub” Operativ Komandanlığının mətbuat mərkəzi məlumat yayıb.
"Odessa yenidən düşmən PUA-ların hücumuna məruz qalıb. Şəhərin mərkəzində yerləşən inzibati binaya üç dron zərbəsi endirib. Xilasetmə əməliyyatı və yanğının söndürülməsi davam edir", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, şəhərə dörd dronla hücum edilib. Hava hücumundan müdafiə qüvvələri bir pilotsuz uçan aparatı vurub. Əhali arasında itki və zərər çəkən yoxdur.