Nijni Novqorodda Yeni il və Milad bayramları üçün kütləvi şənliklər, konsertlər və atəşfəşanlıq ləğv ediləcək.

Bu barədə cümə günü şəhərin meri Yuri Şalabayev Telegram kanalında yazıb.

O izah edib ki, tədbirlər üçün nəzərdə tutulan vəsait digər məsələlərlə yanaşı, səfərbər olan vətəndaşların ailələri üçün müavinətlərə yönəldiləcək.

“Sosial şəbəkələrdə sakinlərdən çoxlu müraciətlər olur, Yeni il bayramlarında hər hansı böyük kütləvi şənliklərin, atəşfəşanlıqların, konsertlərin nəzərdə tutulub-tutulmaması ilə bağlı suallar verilir. Cavab isə yox, planlaşdırılmır, əvvəllər belə planlar var idi, indi isə yoxdur. Uşaqlar üçün yolkaların, məktəblərdə, uşaq bağçalarında bəzi şənlik tədbirlərinin olacağını ləğv etmir, biz bunu saxlayacayıq. Amma biz Yeni il, Milad bayramları üçün belə kütləvi şənliklər, atəşfəşanlıq, konsertlər planlaşdırmırıq", - mer deyib.

Şalabayev qeyd edib ki, indi “başqa vəzifələr var” və ilkin olaraq Yeni il və Milad tədbirlərinə xərclənməsi nəzərdə tutulan vəsait səfərbər olunanların ailələrinə müavinətlərin verilməsinə yönəldiləcək. O izah edib ki, söhbət, məsələn, uşaq bağçası, məktəblərdə yemək, əlavə təhsil haqqının ödənilməsindən gedir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN