Nəhayət, bəlli oldu ki, Ukrayna xüsusi xidmət orqanları yük maşınının köməyi ilə Krım körpüsündə partlayış təşkil edib.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bu barədə Amerikanın “The New York Times” qəzeti Ukrayna rəsmisinə istinadən məlumat yayıb. Qəzetin yazdığına görə, Ukraynanın yüksək rütbəli məmuru partlayışın arxasında Ukraynanın dayanması barədə məlumatı təsdiqləyib: “Hökumətin partlayışla bağlı müzakirələrə qadağa qoyması səbəbindən adının açıqlanmasını istəməyən rəsmi şəxs əlavə edib ki, Ukrayna xüsusi xidmət orqanları partlayışı körpünün üzərindən keçən yük maşınına yüklənmiş bombadan istifadə edərək həyata keçirib”, - deyə nəşr qeyd edib. Rusiya tərəfinin məlumatına əsasən, Krım körpüsündə avtomobillərin və avtobusların hərəkəti bərpa olunub.

Dünya mediası isə Rusiya üçün böyük bir qanqaraldıcı hadisə olan bu partlayışa görə Putinin hansı addımlar atacağını həyəcan və intizarla yazır. 
A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN