“Birgə iş sayəsində son 5 ildə Qazaxıstanda oğurlanmış 50-dən çox avtomobil MDB ölkələrində tapılıb”.

Bunu Qazaxıstan Daxili İşlər Nazirliyinin DKP-nin Daxili İşlər İdarəsinin baş polis zabiti Kudiyar Nurseitov brifinqdə bildirib.

O, vurğulayıb ki, təkrar bazarın avtomobillərinin əsas hissəsi Qazaxıstana qonşu ölkələrdən, əsasən də Rusiya Federasiyasından gətirilir:

“Birgə iş sayəsində son 5 ildə Qazaxıstanda oğurlanmış 50-dən çox avtomobil MDB ölkələrində tapılıb. Öz növbəsində, ölkəmizdə də Birlik dövlətlərinin (MDB) ərazisində oğurlanmış 200-ə yaxın nəqliyyat vasitəsi tapılıb. İlin əvvəlindən 909 avtonəqliyyat vasitəsi oğurlanıb, onlardan 775-i və ya 85,3 faizi aşkar edilərək qanuni sahiblərinə qaytarılıb. 19 cinayətkar qrup saxlanılıb və onların beynəlxalq əlaqələri yoxlanılır”.

Kudiyar Nurseitov Qazaxıstanda daha çox hansı avtomobillərin oğurlandığını da açıqlayıb.

“Toyota və Lexus avtomobilləri kriminal strukturlar üçün ən cəlbedici və likvid avtomobillərdir – bu il 60-dan çox avtomobil axtarışa verilib, onların 85%-i tapılaraq sahiblərinə qaytarılıb”, - deyə o, qeyd edib.

Qeyd edək ki, sığorta şirkətlərinin statistikasına əsasən, Rusiyada ən çox oğurlanan avtomobil markaları siyahısına Mitsubishi, Toyota, Kia və Hyundai daxildir.

Lakin Moskvadakı avtomobil oğurluğunun siyahısının Rusiyadan ciddi şəkildə fərqləndiyi bildirilir. Burada avtomobil oğrularını daha çox Nissan X-Trail və Nissan Qashqai, Mercedes-Benz GL/GLS və Mercedes-Benz GLK/GLC maraqlandırır.

Göründüyü kimi, hə iki ölkənin avtomobil oğruları üçün “Tayota” vazkeçilməzdir...

 

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN