Rusiya Ukraynanın 70-dən çox yaşayış məntəqələrinə hava zərbələri endirib, ölən və yaralananlar var...
Dünyanın çoxsaylı dövlətləri bu hadisəyə sərt reaksiya verməkdədir. Tbilisidə dı ölkə parlamenti qarşısında Ukraynaya dəstək aksiyası keçirilib. Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, aksiyaya Ukrayna vətəndaşları da daxil olmaqla yüzlərlə şəxs qatılıb. Aksiyanın iştirakçıları bu gün, səhər saatlarından etibarən Rusiya tərəfindən Ukraynanın şəhərlərinin raketlərlə vurulmasını qəti şəkildə pisləyiblər. Aksiyaya "Ayıbdır" hərəkatı, "Avropalı Gürcüstan" və "Strategiya Ağmaşenebeli" partiyaları da qoşulublar.
Rusiyanın raket zərbələri isə gecə saatlarında da davam edib.
A.Məmmədli