Rusiya prezidenti Vladimir Putin Astanada Birlik sammitində bildirib ki, MDB ölkələri milli valyutalarda hesablaşmalara keçmək üçün ciddi səylər göstərir.
Rusiya lideri idxalın əvəzlənməsi, texnoloji və maliyyə suverenliyinin möhkəmləndirilməsi sahəsində birgə fəaliyyətin intensivləşdirilməsindən də danışıb.
Qeyd edək ki, bir gün əvvəl Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (QFETM) sammitində Putin də milli valyutalarla ödənişlərdən daha səmərəli istifadəyə çağırıb.
Rusiya Enerji Həftəsi forumunda Rusiya Federasiyasının prezidenti bəyan edib ki, Rusiya milli valyutalarda hesablaşmalara keçidi davam etdirmək niyyətindədir.
E.ŞİRİNOV