Krım körpüsünün bərpası üzrə işlər 2023-cü il iyulun 1-dən gec olmayaraq başa çatdırılmalıdır. Bu, Nazirlər Kabineti tərəfindən müəyyən edilib.

Tezadlar.az lenta.ru-ya istinadən xəbər verir ki, müvafiq sərəncam bu gün - oktyabrın 14-də rəsmi hüquqi informasiya portalında dərc olunub.

Podratçı qismində Nijneanqarsktransstroy təyin edilib.

Qeyd edək ki, oktyabrın 8-də səhər saatlarında Kerç boğazı üzərindən keçən körpüdə partlayış baş verib. Yük maşınının partlaması nəticəsində avtomobil nəqliyyatı üçün körpünün bir neçə aşırımı dağılıb. Son məlumatlara görə, dörd nəfər ölüb, daha bir neçə nəfər itkin düşüb. Faktla bağlı cinayət işi başlanıb.

Rusiya Federal Təhlükəsizlik Xidməti Krım körpüsündə baş verən partlayışda əli olan Ukrayna hərbi kəşfiyyatının rəhbəri Budanovun adını açıqlayıb. Rusiya prezidenti Vladimir Putin Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinlə görüşü zamanı hadisəni terror aktı adlandırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN