Tarixçi Gilles Miaeli deyir ki, anti-Rusiya sanksiyaları Avropa iqtisadiyyatına ziyan vurub və Rusiyadan neft idxalına qadağa qoyulması problemi daha da dərinləşdirəcək.
O, fikrini “Causeur”un fransız nəşri üçün yazdığı məqalədə bölüşüb.
Onun sözlərinə görə, Qərb ölkələrinin Moskvaya qarşı əsas silahı olan sanksiyalar böyük ölçüdə əks nəticə verib və dekabrda Rusiya neftinin idxalına qoyulan məhdudiyyət mənfi təsir göstərəcək, çünki yanacağın qiyməti Avropa İttifaqı (Aİ) üçün çox əlçatmaz olacaq.
G7 ölkələri tərəfindən dəstəklənən neftin artımı ilə mübarizə aparmaq üçün onun dəyərinə qiymət məhdudiyyətinin tətbiqi ideyası bu enerji növünü istehlak edən ölkələr üçün alıcılar kartelinin yaradılması zərurəti demək olardı, amma reallıqda belə bir təklif həyata keçirilə bilməz, - Miaeli etiraf edir.
“Axı, əgər bu mümkün idisə, niyə biz illər əvvəl neftin qiymətini aşağı salmaq və OPEK-i tərksilah etmək üçün belə bir tavan təyin etmədik?” — material müəllifi sual verib və əlavə edib ki, Avropanın qarşısında duran vəzifələrdən biri Rusiyadan neftin alınması ilə bağlı sanksiyalar səbəbindən neftin qiymətinin fəlakətli artımının qarşısını almaqdır.
Bundan əvvəl ABŞ senatorları məhdudiyyətlər siyasətini uğursuzluq kimi tanıyıblar, çünki bu, Rusiya iqtisadiyyatına təsir göstərməyib.
E.ŞİRİNOV