Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib ki, Türkiyə bayraqları daşıyan yük daşıyıcıları humanitar dəhlizlərlə Ukraynadan taxıl ixrac etməyə davam edəcək.
Onun sözlərini RİA Novosti sitat gətirir.
Oktyabrın 29-da Ukrayna Silahlı Qüvvələri (USQ) Sevastopolda pilotsuz təyyarələrdən istifadə edərək Qara dəniz donanmasının gəmilərinə hücum etdiyi üçün Moskva sazişdə iştirakını dayandırıb.
Taxıl müqaviləsi iyulun 22-də İstanbulda Rusiya, Ukrayna, Türkiyə və BMT tərəfindən imzalanıb. Razılaşma Odessa da daxil olmaqla üç limandan Qara dəniz vasitəsilə Ukrayna taxılının, ərzaq və gübrələrin ixracını nəzərdə tutur. Oktyabrın 20-də Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib ki, onun uzadılmasına çox da optimist yanaşmaq olmaz.
E.ŞİRİNOV