Bu gün "Mtavari Arxi" telekanalının rəhbəri Nika Qvaramianın növbəti məhkəmə iclası baş tutub.
Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, hakim Merab Corbenidzenin rəhbərliyi altında keçirilən Apellyasiya məhkəməsi Nika Qvaramia barəsində qərar qəbul edib. Apellyasiya məhkəməsi Qvaramianın "Rustavi 2" telekanalına rəhbərlik etdiyi dövrdə kanala maddi zərər vurmaqla bağlı təqsirini ağırlaşdırıb və girovun həbs cəzası ilə əvəz edilməsinə qərar verib. Qərara əsasən, Qvaramia üç il, altı ay həbs cəzası çəkməlidir. Onun cəza müddəti 2022-ci ilin 16 may tarixindən etibarən hesablanacaq.
TV rəhbəri Gürcüstan Ali Məhkəməsinə kassasiya şikayəti verəcəyini bildirdi.
Gürcüstanın hüquq müdafiəçiləri isə bu qərarı pisləyən bəyanat yayıblar.
A.Məmmədli