Ukrayna kəşfiyyatı İran silahlarının logistika yollarını müəyyənləşdirməyə
və bu tədarüklərə cavabdeh olan xüsusi şəxsləri müəyyənləşdirməyə kömək edəcək hər hansı bir məlumatı bildirməyi xahiş edib.
Ukrayna Müdafiə Nazirliyinin baş kəşfiyyat idarəsi İran silahlarının Rusiya Federasiyasına tədarükü barədə məlumat toplanmasını bildirib.
"İran silahlarının logistik yollarını müəyyənləşdirməyə kömək edəcək və bu tədarüklərə cavabdeh olan şəxslərin müəyyənləşdirilməsinə kömək edəcək hər hansı bir məlumatı bildirməyinizi xahiş edirik: Təşkilatlarına cavabdeh şəxslər haqqında məlumat - adları, tutduqları vəzifələri, yaşayış yerləri və ofis ünvanları; logistika nöqtələrinin, anbarların yeri (geolokasiya ilə arzuolunandır) ; yükləmə və boşaltmanın həyata keçirildiyi dəmiryol stansiyalarının və limanların yeri; İrandan Rusiya Federasiyasına keçən hərbi yüklərin hərəkət etdiyi dəqiq yollar; bu yükləri gətirən avtomobil, yaxud dəniz nəqliyyat vasitələrinin bort nömrələri, fotoşəkilləri”, - deyə kəşfiyyat idarəsinin məlumatında bildirilir.
JASMİN