Xəbər verdilimiz kiki, erməni siyasi şərhçi bu günlərdə mətbuat konfransında gürcü xalqını "məxluq" adlandırmışdı...

Gürcü siyasətçiləri bu hadisəyə sərt reaksiya vermişlər. "İlk növbədə ermənilər və Andronik yaxşı bilsin ki, bu kimi sərsəm çağırışlarla o dəmir yolu xətti heç vaxt açılmayacaq. Ermənilərin belə bir vəziyyətə düşmələri öz əməllərinin nəticəsidir. Onlar Abxaziyada Baqramyan batalyonu yaradaraq gürcülərə qarşı ağılasığmaz hərəkətlər törədiblər".

Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, bu sözləri 24News.ge xəbər portalına müsahibəsində gürcü ekspert Simon Kopadze, politoloq Andranik Miqranyanın gürcü xalqını “məxluq” adlandırmasına və təzyiqlərlə bağlı çağırış etməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Ermənistan və Rusiyanı birləşdirən yeganə dəmir yolunun bağlı qalmasının Ermənistan iqtisadiyyatına zərəri böyük olsa da, lakin burada Gürcüstanın da öz maraqları var: "Ermənistanın heç bir ölkəyə dəmir yolu ilə çıxışı yoxdur. Bu da yükdaşımalar, nəqliyyat və logistika olaraq Ermənistanı çıxılmaz vəziyyətə salır. Rusiya Ermənistanın əsas iqtisadi və ticari tərəfdaşıdır. Bunu nəzərə aldığımız zaman iki ölkəni birləşdirən yeganə quru yolun bağlı olmasının Ermənistan üçün nə dərəcədə mühüm əhəmiyyət kəsb etdiyini anlamaq çətin deyil. Statistikalara əsasən, Gürcüstanın dəmir yolunu bağlı saxlaması hər il Ermənistan iqtisadiyyatına 600-800 milyon ABŞ dolları həcmində zərər vurur. Lakin burada Gürcüstanın öz maraqları və ərazi bütövlüyü məsələsi dayanır. Buna görə də Gürcüstanın Abxaziya ilə bağlı problemi həll olunmasa bu dəmir yolunun açılması qeyri mümkündür",- deyə S. Kopadze vurğulayıb. Qeyd edək ki, Ermənistan və Rusiyanı birləşdirən dəmir yolu Gürcüstanın işğal altındakı Abxaziya bölgəsindən keçir. 1993-cı ildə bölgənin işğalından sonra dəmir yolu fəaliyyətini dayandırıb.
"Lazarev klubu”nun İrəvanda keçirilən 5-ci iclasında rusiyalı politoloq Andranik Miqranyan gürcü xalqını “məxluq” adlandıraraq “Gürcüstana təzyiq göstərməyə” çağırış edib. Bu çağırış isə gürcü ictimaiyyətinin sərt reaksiyası ilə qarşılaşmışdır. Belə təhqirlər isə ilk deyildir.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN