Almaniyanın “Der Spiegel” jurnalının oxucuları Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya lideri Vladimir Putinin də orada olacağı təqdirdə G20 sammitində iştirakdan imtina etməsini tənqid ediblər. Bir çox istifadəçi müvafiq yazıya sərt şərhlər yazıb.

Oxuculardan biri yazıb: "Görünür, kiminsə Putinlə görüşə cəsarəti çatmır. Bu başa düşüləndir. Xüsusilə də Rusiya prezidentinə və ruslara ünvanlanan bu qədər təhqirdən sonra".

İkinci şərhçi qeyd edib ki, çox güman ki, Zelenski “Putinlə şəxsi görüşdən qorxur, çünki onun təhqirlərinə görə özünə haqq qazandırmaq çətin olacaq”.

Bir çox istifadəçi Ukrayna rəhbərini siyasi yetkinlik olmamasına görə də qınayıb, həm də ona böyümək üçün məsləhətlər verib.

“Əlbəttə, gəlməmək Ukrayna liderinin haqqıdır, lakin bu cür bəyanatlar onu deməyə əsas verir ki, o, bir az da böyüməlidir”, - deyə onlardan biri yazıb.

Başqa bir şərhçi isə yazıb: "Müharibələr döyüş meydanında deyil, danışıqlar masası arxasında bitir. Bu, həmişə belə olub. Zelenski bunu başa düşməlidir".

Danışıqlara çağırışlar jurnalın digər oxucuları tərəfindən də dəstəklənib.

"O, səhv edir. Putin və Baydenlə görüş münaqişəyə son qoyacaq və on minlərlə insanın həyatını xilas edəcək", - şərhçilərdən biri deyib.

Başqa bir istifadəçi isə digər G20 üzvlərinin sammitə gəlib-gəlməyəcəyi ilə maraqlanıb.

"Onlar da eyni şeyi edəcəklər, yoxsa Putin tədbirdə görünəndən dərhal sonra gedəcəklər?" – deyə soruşdu.

Xatırladaq ki, noyabrın 3-də Vladimir Zelenski G20 sammitinə Vladimir Putinin orada olacağı təqdirdə getməyəcəyini bildirmişdi. Dövlət Dumasında Ukrayna liderinin belə bir bəyanatı Rusiya Federasiyasının rəhbəri ilə şəxsi görüş qorxusu adlandırılıb.

Qeyd edək ki, daha əvvəl Twitter istifadəçiləri də Zelenskini nüvə müharibəsindən qorxmağa ehtiyac olmadığını dediyi üçün qınamışdılar.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN