Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tərəfindən Ucar rayonunda Vətən müharibəsi şəhidləri Ələkbərov Vüqar Telman oğlunun, Bəkirov Təbriz Etibar oğlunun və Məmmədov Kənan Niftalı oğlunun ailələri ziyarət olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin ailələrlə keçirilən görüşlərdə şəhidlərimizin xatirələri yad edilib, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə onların göstərdikləri şücaətlərdən bəhs olunub. Şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə xalqımızın qəlbində yaşayacağı vurğulanıb.

Prezident İlham Əliyevin göstərişi ilə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan genişmiqyaslı işlər qeyd olunub. Postmüharibə dövründə şəhid ailələri və müharibə iştirakçıları ilə əlaqədar həyata keçirilən sosial dəstək tədbirləri diqqətə çatdırılıb.

Ziyarət olunan şəhid ailələrinin daim sosial dəstəklə əhatə olunduqları və bundan sonra da onlara həmişə qayğı göstəriləcəyi bildirilib.

Şəhid ailələri onların sosial müdafiəsi sahəsində görülən tədbirlərdən razılıqlarını ifadə ediblər.

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN