Türkiyə Respublikasında səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova noyabrın 4-də Əlcəzair Xalq Demokratik Respublikasının Milli Həmrəylik, Ailə və Qadının Statusu naziri Kaouter Krikou ilə görüşüb.

Görüş çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əlcəzairə səfərindən bəhs edən B.Muradova bildirib ki, dövlətimizin başçısı hər iki ölkənin tarixində xalqın müharibədən əziyyət çəkməsi baxımından oxşarlığını qeyd edib.

O, daha sonra qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi, eləcə də zorakılıq halları ilə mübarizə istiqamətində Azərbaycan hökuməti tərəfindən aparılan siyasət və həyata keçirilən tədbirlər haqqında məlumat verib.

Xanım naziri Azərbaycana dəvət edən B.Muradova bildirib ki, ölkəmizə olunan səfər gələcəkdə ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsinə mühüm töhfə verəcək.

Qarşılıqlı təcrübə mübadiləsinin aparılmasında maraqlı olduqlarını qeyd edən nazir Kaouter Krikou bu istiqamətdə niyyət protokolu imzalanmasını və birgə fəaliyyət planının hazırlanmasını təklif edib. O, hər iki ölkənin də müharibədən əziyyət çəkdiyini nəzərə alaraq, əməkdaşlıq sənədində qadın və uşaqlara psixososial dəstəyin gücləndirilməsi məsələsinin də yer almasının vacibliyini diqqətə çatdırıb.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN