Belarus Ukraynadakı döyüş bölgəsinə hərbi personal göndərmək fikrində deyil.
Bu barədə Belarus lideri Aleksandr Lukaşenko Belarus Milli Biotexniki Korporasiyasının əmək kollektivinin nümayəndələri ilə görüşündə bildirib.
“Bu gün nidalar eşidilir: “Lukaşenko öz qoşunlarını Ukraynaya göndərmək istəyir!” Mən dəfələrlə demişəm ki, mənim belə planlarım yoxdur”, – BelTA xəbər agentliyi respublika prezidentinin sözlərindən sitat gətirir.
Eyni zamanda o, əlavə edib ki, hazırda Belarus vətəndaşları Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirak edir, onları respublikanı tərk etmiş müxalifət nümayəndələri ora “göndərirlər”.
"Bunlar kiminsə övladlarıdır. Amma şikayət edəcək heç kim yoxdur. Mən səni ora prezident kimi göndərməmişəm. Bizim Ukraynada işimiz yoxdur. Və ora döyüşmək üçün adam göndərmək lazım deyil. Məni ittiham edirlər. Bu, ona görə ki, bu adamları ora özləri göndərirlər”.
Aleksandr Lukaşenko dəfələrlə bəyan edib ki, Belarus hərbçiləri Ukraynada keçirilən xüsusi əməliyyatda iştirak etmirlər. Onun sözlərinə görə, Minskin vəzifəsi respublikaya zərbənin qarşısını almaqdır. Bundan əlavə, Belarus zərurət yarandıqda digər ölkələrin vətəndaşlarına, o cümlədən qaçqınlara tibbi və humanitar yardım göstərir.
E.ŞİRİNOV