Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Vaşinqton Kiyevi Moskva ilə danışıqlara təşviq etmək istəmir, onların məqsədi dağıdıcılıqdır.

Bu barədə RİA Novosti xəbər verir.

“Əskik olan arzudur, Vaşinqtonun Kiyev rejimini konstruktiv nəyəsə sövq etmək istəyidir, məqsəd başqadır. Məqsəd dağıdıcılıqdır”, - Zaxarova bildirib. O, hesab edir ki, Kiyevə Moskva ilə danışıqlar aparmaq "qadağandır".

Bundan əvvəl amerikalı jurnalistlər Ukraynanın Çinlə yeni əlaqələr qurmaq cəhdlərindən xəbər tutmuşdular. Bu, iqtisadiyyata daha çox ziyan vurmamaq üçün edilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN