Ukrayna prezidenti Vladimir Zelenski Ali Radaya ölkədə hərbi vəziyyətin və səfərbərliyin 90 gün uzadılmasını təklif edib. Qanun layihələrinin mətnləri və onlara izahlı qeydlər bu gün Ukrayna parlamentinin saytında dərc olunub.

İzahat qeydlərində qeyd edilir ki, prezident “21 noyabr 2022-ci il saat 05:30-dan (Moskva vaxtı ilə 04:30) hərbi vəziyyətin qüvvəsini 90 gün müddətinə uzadıb” və eyni tarixdən və eyni müddətə ümumi səfərbərliyin müddətini uzadıb.

Qanun layihələri bir gün əvvəl Radaya təqdim edilib, lakin hərbi vəziyyətin nə qədər müddətə uzadılacağı göstərilməyib.

Ukraynada hərbi vəziyyət fevralın 24-də tətbiq edilib. Ertəsi gün Dövlət Sərhəd Xidməti Ukraynanın 18-60 yaş arası kişi vətəndaşlarına bu müddət bitənə qədər ölkədən çıxış qadağası elan edib. Avqustda Ali Rada növbəti dəfə hərbi vəziyyət və ümumi səfərbərliyi 90 gün, yəni noyabrın 21-dək uzadıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN