ABŞ gələcəkdə Ukrayna ilə bağlı danışıqlara başlamağı səbirsizliklə gözləyir.
TASS xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı səfiri Culian Smit “Corriere della Sera” qəzetinə müsahibəsində deyib.
Smit ABŞ prezidenti Co Baydenin Ukraynadakı döyüşlərə razılıq əldə etməklə son qoyulmalı olduğunu dediyi sözləri xatırladıb.
“Lakin biz istəyirik ki, danışıqların şərtlərini müəyyən etmək prezident Zelenskinin səlahiyyətində olsun, o cümlədən sərhədlərə hörmət və (Rusiyanın) etdiklərinə görə məsuliyyətin tanınması”, - Smit bildirib.
Onun sözlərinə görə, NATO və ABŞ Ukraynanın hərbi komandanlığı ilə gündəlik əlaqə saxlayır. ABŞ Ukraynanın hərbi strategiyasını bölüşür, Kiyev isə döyüş meydanındakı vəzifələri nəzərə alaraq gələcək hərəkətlərini özü müəyyənləşdirməlidir, - deyən Smit və Kiyevlə Vaşinqton arasında bu məsələdə böyük fikir ayrılığının olmadığını vurğulayıb.
Noyabrın 10-da CNN telekanalına müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenski Moskva ilə danışıqların mümkünlüyünü açıqlayıb və Rusiya sülhə hazır olduğu təqdirdə dialoq qapısını bağlamadığını vurğulayıb. Prezident qeyd edib ki, ən vacib şərt ədalətin bərqərar olmasıdır, lakin Rusiyadan belə bəyanatlar olmayıb.
Lakin hələ sentyabr ayında Zelenski Vladimir Putin onun prezidenti olduğu halda Rusiya ilə danışıqlardan imtina etmişdi. Eyni zamanda, siyasətçi başqa bir Rusiya lideri ilə danışmağa hazır olduğunu vurğulayıb. Ölkə həmçinin qanunvericilik səviyyəsində danışıqlara qadağa qoyub.
E.ŞİRİNOV