BMT-nin baş katibi Antonio Quterreş Ukraynada sülhün bərqərar olması üçün şərait yaradılmasının vacibliyini bəyan edib.
TASS xəbər verir ki, o, bu barədə Kambocada keçirilən ASEAN sammiti çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, “dialoqun bərpası və gələcək dünya üçün yolların tapılması” üçün şərait yaratmaq lazımdır.
BMT-nin baş katibi vurğulayıb ki, sülh sazişinin şərtləri BMT Nizamnaməsinə, eləcə də beynəlxalq hüquq normalarına əsaslanmalıdır.
Əvvəllər qeyd edilib ki, Rusiya və Ukrayna qış dövrü üçün atəşkəs bağlaya bilər, çünki bu, hər iki tərəfin hərbi məqsədlərinə cavab verir. Bunu Lente.ru-ya şərhində keçmiş diplomat və Amerika Katolik Universitetinin (ABŞ) professoru Maykl Kimmage bildirib. O, təklif edib ki, hazırkı mərhələdə Ukrayna və Rusiya gələcək sülhün şərtləri ilə bağlı razılaşmadan çox uzaqdırlar. Onun fikrincə, Moskva çətin ki, yeni ərazilərdən imtina etsin və Kiyev sərhədlərə 2022-ci ilin fevralından əvvəl yox, 2014-cü ilə qədər qayıtmaq kimi bəyan etdiyi məqsəddən əl çəkməyəcək.
E.ŞİRİNOV