Rusiya öz ərazisində xüsusi hərbi əməliyyat zamanı zədələnmiş infrastrukturu bərpa edir, Ukraynada hər hansı bərpa işindən söhbət getmir.
Bu barədə çərşənbə axşamı jurnalistlərə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Rusiya Federasiyası ərazisində artıq genişmiqyaslı işlərə başlanılıb", - Peskov bildirib. O əlavə edib ki, belə işlərin Rusiya Federasiyasından kənarda aparılması nəzərdə tutulmur. "Xeyr, bundan söhbət gedə bilməz", - Kreml sözçüsü bildirib.
E.ŞİRİNOV