ABŞ-ın sabiq prezidenti Donald Trump 2024-cü ildə prezident seçkilərində iştirakına namizədliyini irəli sürmək üçün sənədləri təqdim edib.

Bu barədə CNN məlumat yayıb.

 "Trampınn sənədləri Federal Seçki Komitəsi tərəfindən qəbul edildi" deyə kanal məlumat yayıb. Tramp özü də 2024-cü ildə  prezidentlik postu uğrunda mübarizə aparacağını açıqlayıb.

 "Bu gün ABŞ-ın prezidentliyinə namizədliyimi irəli sürdüyümü elan edirəm" , - deyə bildirib.

Qeyd edək ki, Donald Con Tramp 1946-cı il, iyunun14-də ABŞ-ın Nyu York ştatında dünyaya gəlib.O, ABŞ-ın 45-ci prezidentidir (20 yanvar 2017–20 yanvar 2021).  Tramp 2016-cı il 8 noyabr prezident seçkilərində rəqibi — demokrat Hillari Klintonu üstələyərək ABŞ prezidenti seçilib.Siyasətçi ABŞ Respublikaçılar Partiyasının üzvüdür.  

Sabiq president 2020-ci ildə ABŞ-da keçirilmiş president seçkisini saxta adlandırmış və ölkənin Ədliyyə Nazirliyini və Federal Təhqiqatlar Bürosunu  noyabr ayında keçirilmiş prezident seçkiləri zamanı baş verən saxtakarlıq hadisələrinə göz yummaqda günahlandırmışdı.

“Onlar utanmalıdırlar. Tarix bunları unutmayacaq”, - deyə D.Tramp bildirmişdi.

Xatırladaq ki, Donald Tramp prezidentliyi dövründə bir çox hərəkətləri və çıxışları ilə müzakirə mövzusuna çevrilirdi.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN