Bu gün Rusiyanın Ukraynanı raket atəşinə tutması nəticəsində bir sıra şəhər və vilayətlərdə elektrik enerjisi kəsilib.
Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki,Kiyev şəhərində daha bir çoxmərtəbəli yaşayış binasına raket zərbəsi endirilib, Eləcə də raketlərdən biri Xarkovdakı mühüm əhəmiyyətli infrastrukturu hədəf alıb, metronun hərəkəti dayandırılıb. Və Jitomırın tamamilə, Lvov, Rivne və digər şəhərlərin qismən elektrik enerjisiz qaldığı bildirilib. Hazırda Kiyev, Xarkov, Vinnitsa, Kovel, Jitomır, Lvov, Poltava, İvano-Frankovsk, Ternopol, Krivoy Roy, o cümlədən digər şəhər və vilayətlərdə partlayışların baş verdiyi qeyd olunub.
Bu dəqiqələrdə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb ki, rus ordusunun raket atəşləri yenidən başlayıb. Vətəndaşlara dərhal sığınacaqlara yerləşmələri barədə təcili müraciətlər edilib.
A.Məmmədli