Rusiya prezidenti Vladimir Putin baş nazirin müavini, Sənaye və Ticarət Nazirliyinin rəhbəri Denis Manturovun hərbi qulluqçular üçün güzəştli avtomobil kreditlərinin genişləndirilməsi təklifini dəstəkləyib. Müzakirə noyabrın 16-da Nazirlər Kabinetinin iclası çərçivəsində baş tutub.
Bildirilir ki, qeyd olunan müavinətləri alacaqlar sırasına səfərbər və hərbi qulluqçu ailələrinin üzvləri, xidmət keçmiş təqaüdçülər də daxildir.
"Düşünürəm ki, bu, çox vaxtındadır və vətəndaşlarımızda rezonans doğuracaq", - Manturov əlavə edib.
Vladimir Putin təklifi dəstəkləyib və vurğulayıb ki, “belə etmək lazımdır”.
Görüş zamanı Rusiya prezidenti onu da qeyd edib ki, ruslar üçün avtomobillərin alınması daha əlçatan olmalıdır.
E.ŞİRİNOV