Belarus prezidenti Aleksandr Lukaşenko dünya üçün gözlənilən ərzaq fəlakətini proqnozlaşdırıb.
Bu barədə BELTA dövlət başçısına istinadən xəbər verir.
Lukaşenka qeyd edib ki, hazırda hər bir sünbül öz çəkisi ilə qızıldan dəyərlidir. “Keçən il 828 milyon insan (dünya əhalisinin təxminən onda biri) aclıq keçirdi. Özünü yaxşı qidalanma ilə təmin etmək üçün maddi imkanı olmayan insanların sayı 3 milyardı ötüb. Bunda sonuncu rolu ərzaq məhsullarının istehlak qiymətlərinin artması oynamayıb. Dünya qlobal ərzaq fəlakətinin bir addımlığındadır”, - deyə dövlət başçısı vurğulayıb.
E.ŞİRİNOV