Rusiya prezidenti Vladimir Putin bu gün Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.
Bunu jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O qeyd edib ki, bu gün Putin başqa telefon danışığı etməyi də planlaşdırır, lakin Peskov xarici liderlərdən hansının olacağını açıqlamayıb.
Peskov onu da qeyd edib ki, bu gün Putin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının üzvləri ilə görüş planlaşdırır.
Daha əvvəl Peskov jurnalistlərin sualını cavablandırarkən bildirib ki, hazırda Rusiya və ABŞ liderləri Vladimir Putin və Co Bayden arasında sammitdən söhbət getmir.
E.ŞİRİNOV