Kiyev Xersonun sakinlərini evakuasiya etmək niyyətindədir.

Bu barədə baş nazirin müavini, nəzarət olunmayan ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk bildirib.

TASS “Ukrinform” agentliyinə istinadən məlumat yayıb.

Vereşçukun sözlərinə görə, bəzi ərazilərdən, ilk növbədə Xerson şəhərindən evakuasiya “artıq başlayır”. Siyasətçi əlavə edib ki, bu prosesin maliyyələşdirilməsini hakimiyyət öz üzərinə götürəcək. Nazir bildirib ki, hər kəs istəsə, daha təhlükəsiz bölgələrə gedə biləcək. “Dövlət onların çatdırılması, yerləşdirilməsi, tibbi yardımı və s. təmin edəcək”, - deyə o əlavə edib.

Baş nazirin müavini qeyd edib ki, gəlmək istəyənlərin siyahıları tərtib edilir, marşrutlar hazırlanır. Hazırda onlar Nikolaev və Krivoy Roqa adam göndərmək variantlarını nəzərdən keçirirlər.

Noyabrın 10-da Rusiya Müdafiə Nazirliyi bildirib ki, rus qoşunları təsdiq edilmiş plana ciddi uyğun olaraq Xersondan Dnepr çayının sol sahilinə köçürülməyə başlayıb. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, rus qoşunlarının Dnepr çayının sol sahilinə çatmaq üçün etdiyi manevrdən sonra Xerson vilayəti Rusiyanın tərkibində qalır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN