Yaponiyanın keçmiş baş naziri Yoşiro Mori bütün yapon mediasının niyə Rusiya prezidenti Vladimir Putini tənqid etdiyini, eyni zamanda ukraynalıların öz liderləri Vladimir Zelenskinin nə qədər əzab çəkməsinə diqqət yetirməməsi ilə maraqlanıb.

"Necə oldu ki, hamı Rusiya prezidenti Putini tənqid edir, amma heç kim cənab Zelenskini qınamır? O, bir çox ukraynalılara əzab verib", - o, deputat Muneo Suzukinin tədbirdəki çıxışı zamanı deyib.

Onun sözlərini Nikkei nəşri sitat gətirir.

O, Yaponiya mediasını Qərbin diktə etdiyi birtərəfli mövqe tutduqlarına görə tənqid edib.

"Onların yalnız Avropadan və ABŞ-dan gələn məlumatlardan istifadə etdiklərini hiss etmədən özümü saxlaya bilmirəm”, - deyə Mori əlavə edib.

O, hazırkı baş nazir Fumio Kişidanın Rusiya ilə bağlı sərt mövqeyindən də narazılığını bildirib.

Bundan əvvəl İndoneziya prezidenti G20 sammitində Rusiya Federasiyasına qarşı ritorikanı yumşaltmağa çağırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN