Polşa hakimiyyəti AFR-nin əlavə “Patriot” raketdən müdafiə/hava hücumundan müdafiə batareyaları ilə təmin etmək təklifini qəbul edib və onları Ukrayna ilə sərhəddə yerləşdirməyi planlaşdırıb.
Bu barədə baş nazirin müavini və müdafiə naziri Mariuş Blaşak bildirib.
"Almaniya müdafiə nazirinin ölkəmizdə əlavə "Patriot" yaylım atəşi sistemlərinin yerləşdirilməsi təklifini məmnunluqla qəbul etdim. Almaniya tərəfi ilə bugünkü telefon danışığı zamanı sistemin Ukrayna ilə sərhəddə yerləşdirilməsini təklif edəcəm", - nazir Twitter-də yazıb.
Bundan əvvəl Almaniyanın müdafiə naziri Kristin Lambrecht Rheinische Post qəzetinə demişdi ki, Almaniya Polşaya respublikanın hava məkanının təhlükəsizliyinin, o cümlədən “Patriot” batareyalarının köməyi ilə təmin edilməsində dəstək təklif edir.
Noyabrın 15-də Polşanın şərqində, Ukrayna ilə sərhəddə yerləşən Prjevodov kəndində (Lublin Voyevodalığı) raket atılıb, iki nəfər həlak olub. Çərşənbə günü Polşa prezidenti Anjey Duda bildirib ki, respublikanın səlahiyyətli orqanlarına görə, düşən raket Ukraynanın hava hücumundan müdafiə qüvvələrinə məxsusdur. Varşavada hadisə qəza kimi qiymətləndirilir. Dövlət Departamenti bildirib ki, Birləşmiş Ştatlar administrasiyası Polşa hakimiyyətinin gəldiyi nəticələrin düzgünlüyünə tam əmindir. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, raket Ukraynanın S-300 hava hücumundan müdafiə sistemindən atılıb.
E.ŞİRİNOV