Bu gün Suriyanın Türkiyənin Karkamış şəhərini atəşə tutması nəticəsində azı 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

Qaziantep vilayətinin valisi Davud Gül jurnalistlərə açıqlamasında "Suriyadan Karkamış şəhərinə 5 raket atılıb. Hücum nəticəsində 2 nəfər həlak olub. 6 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir".

Daha əvvəl "Habertürk" telekanalı atəşə tutulması ilə bağlı məlumat yayıb. Məlumata görə, qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası və Xalq Özünümüdafiə Qüvvələrinin üzvləri şəhərə azı 4 raket atıb. Mərmilərin bəziləri şəhərin mərkəzində partlayıb.

Xəbərdə dəyişikliklər edildi (Moskva vaxtı ilə 12:22) - ölənlər haqqında rəsmi məlumat əlavə edildi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN