Prezident Vladimir Putin Xüsusi Hərbi Əməliyyat (XHƏ) iştirakçılarına maliyyə yardımını vergidən azad edən qanunu imzalayıb.
Bu gün dərc edilən sənəd Rusiya Federasiyasının Vergi Məcəlləsinə dəyişiklik edir.
Dəyişikliklərə əsasən, müqavilə əsasında xidmət edən hərbi qulluqçulara, səfərbər edilmiş vətəndaşlara və xüsusi hərbi əməliyyatda iştirak edən könüllülərə, habelə onların ailə üzvlərinə əvəzsiz ödəmələr və əmlakın verilməsi vergidən azad edilib. İnfrastruktur obyektlərinin bərpası üçün yeni rayonlara ezamiyyətlərlə bağlı xərclərin ödənilməsi üçün işçilərə ödənişlər də vergilərdən azaddır.
Bundan əlavə, qanunda vergi güzəştləri nəzərdə tutulur ki, bu da işəgötürənləri səfərbər edilmiş işçilərinə maddi dəstək göstərmək üçün daha da stimullaşdırmaq məqsədi daşıyır.
E.ŞİRİNOV