Rus ordusu Xersonu itirdikdən sonra əsas məqsədini müəyyənləşdirdi.
Bu fikri Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.
Onun sözlərinə görə, işğalçılar Donetsk vilayətinin sərhədlərinə çatmağa çalışırlar.
Nazir müavini vurğulayıb ki, Xerson azad ediləndən sonra onlar (Rusiya) çox ruhdan düşüblər və döyüş ruhunu qaldırmaq üçün güc sərf etməyə yer axtarırlar.
“Onlar öz səylərini Şərqdə cəmləşdirirlər, ən qaynar nöqtə isə Donetsk vilayətidir”, - Malyar deyib.
O, işğalçıların hava şəraitinə görə irəliləməsinin çətinləşdiyin söyləsə də, bütün bunlara baxmayaraq, gün ərzində ən azı 400 hücum gerçəkləşdirdiklərini də etiraf edib.
Y.MƏMMƏDLİ