Rusiya Federasiyasının İstintaq Komitəsi NATO ölkələrindən olan muzdluların Ukraynadakı münaqişədə iştirakı ilə bağlı məlumatları yoxlayacaq. İlkin məlumatlara görə, Qərb ölkələrinin nizami qüvvələri özəl hərbi şirkət (ÖHŞ) adı altında Şərqi Avropaya gələ bilərdi.
"LPR-nin xalq milislərinin məlumatına görə, Donbasda özəl hərbi şirkətlər adı altında on nəfərə yaxın NATO ölkələrinin nizami qüvvələri var", - RF İK-nin bəyanatında deyilir.
Müstəntiqlər onu da vurğulayırlar ki, hətta xüsusi əməliyyat başlamazdan əvvəl Ukraynada sıralarında Polşa və Baltikyanı ölkələrin vətəndaşlarının da olduğu “xarici legion” fəaliyyət göstərirdi.
Baş Hərbi İdarəsinin müstəntiqləri Kiyev rejiminin tərəfində döyüş əməliyyatlarında muzdluların iştirakı ilə bağlı məlumatları yoxlayır. Məlumat təsdiqlənərsə, aidiyyəti olan şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək.
Əvvəllər LPR-də deyirdilər ki, hüquq-mühafizə orqanları hər gün respublika ərazisində yüzlərlə NATO döyüş sursatı tapırlar. Əsir götürülmüş ukraynalı yaraqlılar isə hətta Qərb təlimatçılarının onlara dinc sakinləri öldürməyi öyrətdiklərini də gizlətmirlər.
E.ŞİRİNOV