Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başlayandan bəri azı 6595 ukraynalı mülki şəxs həlak olub, daha 10189 dinc sakin yaralanıb.

BMT-nin hesabatına görə, qeydə alınmış mülki ölüm və ya xəsarətlərin əksəriyyəti geniş təsir zonasına malik partlayıcı qurğuların istifadəsi nəticəsində baş verib: ağır artilleriya və çoxsaylı buraxılış raket sistemlərindən atəşə tutulması, həmçinin raket və hava zərbələri.

Ölənlərin 2575-i kişi, 1767-si qadın, 172-si qız və 206-sı oğlan, o cümlədən cinsiyyətini müəyyən etmək mümkün olmayan 37 uşaq və 1838 böyükdür.

Noyabrın əvvəlindən indiyədək 400 mülki itki qeydə alınıb: 95 nəfər ölüb, 305 nəfər yaralanıb.

Ölənlərin əksəriyyəti Donetsk və Luqansk vilayətlərində qeydə alınıb - 3939 nəfər.

BMT qeyd edib ki, faktiki itki sayı daha çox ola bilər, çünki döyüş meydanından məlumat gecikmə ilə alınır. Söhbət Mariupol, İzyum, Lisiçansk, Popasna və Severodonetskdən gedir ki, burada dinc əhali arasında çoxsaylı insan tələfatı var.

Ukraynada ruslar tərəfindən öldürülən dinc sakinlər

Müharibə başlayandan rus işğalçıları Ukraynanın dinc əhalisini qətlə yetirir. Baş Prokurorluq Ukraynada genişmiqyaslı müharibə nəticəsində 8311 mülki şəxsin həlak olduğunu qeyd edib. Onların arasında 437 uşaq var. Bundan əlavə, 11 mindən çox mülki şəxs yaralanıb.

Kiyev vilayətinin işğaldan azad edilmiş hissəsində ümumilikdə rayonun işğalı zamanı öldürülmüş 1365 dinc sakin aşkar edilib.

Hazırda Xarkov, Donetsk və Xerson vilayətlərinin işğaldan azad edilmiş ərazilərində 700-dən çox öldürülmüş ukraynalının cəsədi tapılıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN