NATO-nun Baş katibi Yens Stoltenberq bildirib ki, İsveç və Finlandiyaya qarşı hər hansı hücum və ya təcavüz olarsa, NATO buna reaksiya verəcək.

Yens Stoltenberq 29-30 noyabr tarixlərində Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək NATO Xarici İşlər Nazirləri Toplantısı öncəsi mətbuat konfransı keçirib.

TRT-nin məlumatına görə, İsveç və Finlandiyanın üzvlük müraciətləri ilə bağlı sualı cavablandıran Stoltenberq xatırladıb ki, iki ölkənin müraciətindən sonra imzalanan üzvlük protokolları Macarıstan və Türkiye istisna olmaqla, 28 üzv ölkənin parlamentləri tərəfindən təsdiqlənib.

Qalan iki ölkənin də təsdiqləyəcəyinə inandığını bildirən Yens Stoltenberq bunun ən qısa zamanda reallaşmasına çağırıb.

Bunun ayın əvvəlində İstanbulda prezident Rəcəb Tayyib Ərdoğanla müzakirə etdiyi məsələlər arasında olduğunu deyən Stoltenberq İsveç və Finlandiyanın iyun ayında Türkiye ilə imzaladığı üçtərəfli memorandumun tələblərini yerinə yetirdiyini bildirib.

Stoltenberq İsveçin antiterror qanununu dəyişdiyini, bu qanunu daha sərtləşdirdiyini, silah ixracına qoyulan məhdudiyyətləri aradan qaldırdığını və hər iki ölkənin terrorla mübarizədə uzunmüddətli əməkdaşlıq öhdəliyi olduğunu qeyd edib.

İki ölkənin NATO üzvlüyünün alyansı gücləndirəcəyini vurğulayan 
Stoltenberq ABŞ və İngiltərə də daxil olmaqla bəzi ölkələrin İsveç və Finlandiyaya təhlükəsizlik zəmanəti verdiyini xatırladıb.

Yens Stoltenberq "İki ölkə NATO-nun bütün fəaliyyətlərində iştirak edir, istər hərbi, istərsə də mülki. Bu o deməkdir ki, İsveç və ya Finlandiyaya qarşı hər hansı bir hücum və ya aqressiv münasibət olarsa, NATO-nun reaksiya verməyəcəyi düşünülə bilməz" deyib.

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN